İtaliya Daxili İşlər nazirinə içərisində güllə olan anonim zərf göndərildi


Dünya 13 İyl 2019 16:24:00 245 0

İtaliya Daxili İşlər nazirinə içərisində güllə olan anonim zərf göndərildi

İtaliyanın Daxili İşlər naziri və "Liqa" partiyasının lideri Matteo Salviniyə içərisində güllə olan anonim zərf göndərilib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, zərfdə nazirə faşist diktatoru Benito Mussolininin istifadə etdiyi, "lider" anlamına gələn "Duçe" kimi müraciət edilib. Zərf Florensiya yaxınlığında yerləşən Sesto-Fyorentina kommunasında poçt şöbəsinin çeşidləmə məntəqəsində ələ keçirilib. Folqa bükülmüş güllə 22 kalibrli olub.

Polis hadisə ilə bağlı araşdırma aparır.