Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib


Dünya 13 İyl 2019 15:24:00 258 0

Şok: Bu yazar Trampın prezident olacağını 40 il öncə bilib

ABŞ Prezidenti Donald Trampın prezidentlik dönəmi romanlarımdan daha dəhşətlidir.

Son.az Kult.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı yazar Stiven Kinq çıxış edib.

Yazar 1979-cu ildə dərc olunan "The Dead Zone" (Ölüm zonası) romanında Trampın hakimiyyətə yüksəlişini öncədən qeyd etdiyini söyləyib.

Romanda Amerika cəmiyyətinin xəyal gücünü ələ keçirən bir siyasətçinin hakimiyyətə gəlişindən bəhs etdiyini vurğulayan Kinq Trampın prezidentliyə uyğun olmadığını və vəzifədən alınmasının gərəkdiyini bildirib.