Ayda yadplanetli meyiti tapıldı


Digərləri 13 İyl 2019 15:30:00 233 0

Ayda yadplanetli meyiti tapıldı

Ural vilayətindən olan tədqiqatçı Valentin Deqteryev NASA tərəfindən Ayın səthində lentə alınan fotolarda maraqlı kəşfə imza atıb.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, Valentin amerikalı kosmonavt Edvin Oldrinin Aydakı fotosunda onun ayaqları altında daşlaşmış yadplanetli kəllə sümüyü olduğunu iddia edib. Bu kəşf Yerin peykində həyatın olduğuna dair teoriyanı sübut edə bilər.

Simmetrik göz çuxuru, burun dəliyi, ağız dəliyi. Bunlar hər üç fotoda görünür. Bu, daş deyil, kölgə və ya ona bənzər bir şey deyil. Qeyd edim ki, fotoların birində bu məxluqun onurğa sütununa bənzəyən bir qalıq da var", - deyə Deqtyarev öz bloqunda yazıb.

O, qeyd edib ki, pilot ayağının altındakı qəribə əşyaya fikir verməyib. Əgər Edvin ayağının altına baxsaydı, təkamül teoriyasına yeni faktlar qazandırardı.