Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başladı


Dünya 13 İyl 2019 14:54:00 234 0

Türkiyə İraqın şimalında hərbi əməliyyatlara başladı

Türkiyə Müdafiə Nazirliyi İraqın şimalında yerləşən terrorçulara qarşı "Pəncə-2" adı altında hərbi əməliyyatlara başlayıb.

Son.az APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, "Pəncə-2" hərbi əməliyyatları İraqın şimalında yerləşən Hakurk bölgəsində terrorçuların gizləndikləri mağara və sığınacaqlar məhv edilənə qədər davam edəcək.

Əməliyyatlar helikopterlər, qırıcılar və pilotsuz uçuş aparatlarının iştirakı ilə davam edir.