Bakıda ana və qızı itkin düşdü


Digərləri 13 İyl 2019 14:14:00 272 0

Bakıda ana və qızı itkin düşdü

Maştağa qəsəbəsində ana və azyaşlı qızı itkin düşüb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, hadisə Bakı şəhəri, Maştağa qəsəbəsi, Savalan yaşayış massivində qeydə alınıb. 

Sözügedən ərazidə yaşayan 1995-ci il təvəllüdlü Əhmədova Gülnar Bilal qızı azyaşlı övladı - 2014-cü il təvəllüdlü Əhmədzadə Könül Ədalət qızını da götürərək heç kəsə bir söz demədən evdən çıxıb.  Bu barədə hüquq-mühafizə orqanlarına onun qardaşı, 1992-ci il təvəllüdlü Məmmədov Musa Bilal oğlu məlumat verib. 

Fakt üzrə Sabunçu rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.