Güclü külək Bayılda qayığı aşırdı, 2 balıqçı köməksiz qaldı


Digərləri 13 İyl 2019 13:39:00 237 0

Güclü külək Bayılda qayığı aşırdı, 2 balıqçı köməksiz qaldı

Su Nəqliyyatında Polis İdarəsində araşdırma aparılır.

Bakı. İyulun 12-də saat 20.40 radələrində DİN-in “102” Zəng Mərkəzi Xidmətinə Səbail rayonu Bayıl qəsəbəsi ərazisində dənizdə güclü küləyin əsməsi nəticəsində qayığın aşması və 2 balıqçının adada köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. DİN Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, müraciətlə əlaqədar dərhal müvafiq tədbirlər görülüb. Təxirəsalınmaz tədbirlərlə Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları hadisə yerinə gəlmiş, vətəndaşların köməyi ilə S.Hənifəzadə və H.Hüseynov xilas edilərək sahilə çıxarılıblar.