Bakıda güclü külək 20-yə yaxın ağacı aşırıb


Digərləri 13 İyl 2019 12:42:00 189 0

Bakıda güclü külək 20-yə yaxın ağacı aşırıb

Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb.

Bakı. İlhamə İsabalayeva - Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 20-yə yaxın ağac aşıb. Bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib. Onun sözlərinə görə, ağacların aşması Bakının bütün rayonlarında qeydə alınsa da, əsas hadisələr Yasamal, Nəsimi, Xətai və Nərimanov rayonlarında baş verib. O.Məmmədov sağlam ağacların da küləyin təsirindən aşdığını söyləyib. Birlik rəsmisi heyətin hazırda gücləndirilmiş iş rejimində çalışdığını vurğulayıb.