İcra Hakimiyyəti Gəncədə güclü küləyin fəsadları barədə


Digərləri 13 İyl 2019 12:14:00 220 0

İcra Hakimiyyəti Gəncədə güclü küləyin fəsadları barədə

Ötən gündən başlayan güclü külək Gəncədə bəzi fəsadlar törədib.

Bakı. Ceyhun Ələkbərov - Ötən gündən başlayan güclü külək Gəncədə bir sıra fəsadlar törədib. Gəncə Şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, təbii fəlakət nəticəsində şəhərdə bir neçə irigövdəli ağac aşıb, budaqlar qırılıb: "Heydər Əliyev prospekti, Gülüstan, Sadıllı yaşayış massivlərində, Dədə Qorqud küçəsində ağaclar aşıb. Nəticədə bir neçə yol bağlanıb. Qurum nümayəndələri hadisə baş verən ərazilərə cəlb olunaraq yaranan problemi aradan qaldırıblar. Hazırda avtomobillərin normal hərəkəti təmin olunub".