Bakıda ağırçəkili şəxsin həkimə çatdırılmasına yardım edildi


Digərləri 13 İyl 2019 10:13:00 177 0

Bakıda ağırçəkili şəxsin həkimə çatdırılmasına yardım edildi

Bakıda ağırçəkili şəxsin evdən çıxarılmasına yardım edilib.

Bakı. Bakıda ağırçəkili şəxsin evdən çıxarılmasına yardım edilib. Belə ki, Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda ağırçəkili 1 nəfərin mənzildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilməsi üçün müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşa müvafiq köməklik göstərilib.