Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi


Digərləri 13 İyl 2019 09:54:00 199 0

Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas edildi

Batmaq təhlükəsi ilə üzləşən 7 nəfər xilas olunub.

Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti tərəfindən Sumqayıt, Zağulba, Lökbatan və Buzovna sularda xilasetmə məntəqələrinin ərazisində və qeyri-çimərlik (nəzarətsiz) ərazidə çimərkən batma təhlükəsi ilə üzləşən 7 nəfər (onlardan 4 nəfəri xarici ölkə vətəndaşıdır) xilas olunub.