Suraxanıda ev yanıb


Digərləri 13 İyl 2019 09:42:00 209 0

Suraxanıda ev yanıb

Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bakı. Bakı şəhərinin Suraxanı rayonunda ümumi sahəsi 25 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyindən Trend-ə məlumat verilib. Qeyd edilir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.