İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb


Digərləri 13 İyl 2019 09:07:00 216 0

İstirahət günlərinin HAVA PROQNOZU açıqlanıb

Böyük və Kiçik Qafqaza bu gün və sabah arabir yağışlı hava şəraiti müşahidə olunacaq.

Bakı. Böyük və Kiçik Qafqaza bu gün və sabah arabir yağışlı hava şəraiti müşahidə olunacaq. Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən məlumata görə, havanın temperaturu dağətəyi rayonlarda 30-35, dağlıq rayonlarda 18-23 dərəcə isti təşkil edəcək. Lənkəran-Astara bölgəsində əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun 13-də arabir yağış yağacaq. Havanın maksimal temperaturu 30-35 dərəcə isti təşkil edəcək. Aran rayonlarında əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq, lakin iyulun13-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Havanın maksimal temperaturu 32-37 dərəcə isti təşkil edəcək.