Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsini test edir


Digərləri 13 İyl 2019 08:46:00 213 0

Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsini test edir

Google şirkəti Shoelace adlı yeni sosial şəbəkəsinin testinə start verib. Bu sosial şəbəkə ortaq məşğuliyyətlərin yerinə yetirilməsi və ya tədbirlərə birlikdə gedilməsi üçün insanların axtarılmasında yardımçı olacaq. Bu barədə The Next Web saytına istinadən Rusbase saytı xəbər verib. Məlumata əsasən Shoelace sosial şəbəkəsinin iOS və Android versiyası var. Lakin o hələki Nyu Yorkda fəaliyyət göstərir və ondan istifadə etmək üçün xüsusi dəvətnamə almaq lazımdır.

Son.az technote.az-a istinadən bildirir ki, sosial şəbəkə insanları eyni maraqlara sahib digər insanlarla birləşdirməyi söz verir. Bu sosial şəbəkədə istifadəçi öz görüşünü yarada bilər və ya hansısa tədbirə gedəcəyi barəsində yaza bilər. Bununla yanaşı istifadəçi gedəcəyi tədbirə bu sosial şəbəkə vasitəsilə dostlarını və ya tanımadığı insanları dəvət edə bilər. Sosial şəbəkə həmçinin istifadəçinin üstlünlük verdikləri mövzular üzrə ona tədbirləri məsləhət görəcək. Qeyd etmək lazımdır ki, Google şirkəti artıq bu cür konsepsiyaya sahib Schemer adlı tətbiqi 2011-ci ildə istifadəyə vermişdi. Lakin 2014-cü ildə həmin layihə bağlanmışdı.