Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib


Dünya 13 İyl 2019 08:28:00 201 0

Türkiyə HHQ İraqın şimalında 6 terrorçunu zərərsizləşdirib

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələri İraqın şimalında yerləşən Zap və Qara rayonlarında PKK terror qruplaşmasının mövqelərinə zərbələr endiriblər.

Son.az Trend-ə istinadən bildirir ki, zərbələr nəticəsində 6 PKK terrorçusu zərərsizləşdirilib.

Bundan əlavə, terrorçulara məxsus sığınacaqlar və silah-sursat anbarları məhv edilib.