Somalidə partlayış: 10 nəfər ölüb
Dünya 13 İyl 2019 08:13:00 175 0
Somalidə partlayış və silahlı hücum nəticəsində ən azı 10 nəfər ölüb.
Son.az Trend-ə istinadən bildirir ki, hadisə Kisamyo şəhərində baş verib.
Bildirilir ki, şəhərdə yerləşən otellərin birində partlayış baş verib. Daha sonra silahlı hücum başlayıb. Partlayışa görə məsuliyyəti "Aş-Şabab" terrorçu qruplaşma öz üzərinə götürüb.
Mənbə: milli.az