“iOS” və “Android” sistemləri üçün virus aşkar edilib


Digərləri 13 İyl 2019 07:21:00 234 0

“iOS” və “Android” sistemləri üçün virus aşkar edilib

Mobil qurğuda istifadəçinin bütün hərəkətlərini izləməyə imkan verən "FinSpy" casus proqram təminatının aktivliyi haqqında məlum olub.   "Kasperski Laboratoriyası"ndan bildirilib kimi, proqram şifrləmədən istifadə edən messencerlərdən ("Telegram", "WhatsApp", "Signal" və "Threema") məlumatları toplaya bilər.   Son.az ICTnews-a istinadən bildirir ki, "IOS" sisteminin idarəetməsi altında işləyən qurğularda virus müdaxilənin izlərini gizlətmək qabiliyyətinə malikdir, "Android" üçün versiya isə super istifadəçi hüquqları ala bilən və "root" hüquqlar olmadan qurğuda əməliyyatlar yerinə yetirən eksployta malikdir.   Zərərverici proqram müxtəlif tip istifadəçi məlumatlarını toplaya bilər: kontaktlar, elektron məktublar, SMS, təqvim yazıları, GPS, şəkillər, saxlanılmış fayllar və səsli zənglər. "FinSpy" proqram təminatının hər bir zərərverici nümunəsi konkret qurban və ya qurbanlar qrupu üçün sazlanıla bilər.   "FinSpy" proqram təminatının qurbanına çevrilməmək üçün mobil qurğunu bloka salmaq, parolu heç kimə söyləməmək, proqram təminatını yalnız rəsmi mağazadan quraşdırmaq, şübhəli linklərə keçməmək lazımdır. Son.az