Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub


Digərləri 13 İyl 2019 07:11:00 220 0

Dünyada 25 milyon qurğu “Agent Smith” virusuna yoluxub

İsrailin kibertəhlükəsizlikdə ixtisaslaşan "Check Point" şirkəti internetdə "Agent Smith" adlı virus aşkarlayıb.     Son.az ICTnews-a istinadən bildirir ki, məlumata görə, zərərli proqram artıq 25 milyon istifadəçini yoluxdurub. Virus quraşdırılmış proqramlara müdaxilə etdikdən sonra daha çox reklam göstərməyə başlayır. Məsələn, "WhatsApp", "Opera Mini" və ya "Flipkart" kimi məşhur proqramlar onun qurbanları olub.   Qeyd edək ki, bir müddət əvvəl ekspertlər tərəfindən "Google Store" onlayn mağazasında istifadəçi məlumatlarını oğurlayan 1,3 mindən çox mobil əlavə aşkarlanıb. Mütəxəssislər ümumilikdə 88 minə yaxın proqramı tədqiq ediblər. Son.az