Azərbaycan Universiadada beşinci medalını qazanıb


Digərləri 13 İyl 2019 07:02:37 246 0

Azərbaycan Universiadada beşinci medalını qazanıb

İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub

Bakı. İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub. Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, 53 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Çin (18:0), Rusiya (11:5) və almaniyalı (5:2) rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib. Növbəti koreyalı rəqibi isə keçilməz olub. İdmançımız rəqibinə 1:0 hesabı ilə məğlub olub. Beləliklə, komandamız universiadanı bir bürünc medalla başa vurub.