Şəhriyar Məmmədyarov Riqada Daniel Dubovla heç-heçə edib


Digərləri 13 İyl 2019 04:06:52 243 0

Şəhriyar Məmmədyarov Riqada Daniel Dubovla heç-heçə edib

Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində ilk partiyanın oyunları başa çatıb

Bakı. Riqada Beynəlxalq Şahmat Federasiyasının (FIDE) və “World Chess” şirkətinin birgə təşkilatçılığı ilə keçirilən “Grand Prix 2019” seriyasının ikinci mərhələsi çərçivəsində ilk partiyanın oyunları başa çatıb. Trend xəbər verir ki, bu nüfuzlu yarışda Azərbaycanı təmsil edən qrossmeyster Şəhriyar Məmmədyarovun rusiyalı şahmatçı Daniel Dubovla oyunu heç-heçə başa çatıb. İlk partiyada digər iştirakçılar - Sergey Karyakin (Rusiya), Aniş Giri (Hollandiya), Hikaru Nakamura (ABŞ) Veselin Topalov (Bolqarıstan), Pyotr Svidler (Rusiya) Kriştof Duda (Polşa), Uesli So (ABŞ) Pentala Harikrişna (Hindistan), Aleksandr Qrişuk Nikita Vityuqov (hər ikisi Rusiya) ilə “sülh” bağlayıblar. Maksim Vaşe-Laqrav (Fransa) isə David Navaranı (Çexiya) məğlub edib.