Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb


Digərləri 13 İyl 2019 01:35:37 205 0

Azərbaycanlı gimnast Universiadada gümüş medal qazanıb

İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb

Bakı. İtaliyanın Neapol şəhərində keçirilən 30-cu Yay Universiadasında bədii gimnastımız Zöhrə Ağamirova gümüş medal qazanıb. Azərbaycan Gimnastika Federasiyasında Trend-ə verilən məlumata görə, gimnastımız ilk olaraq, çoxnövçülük yarışlarında mübarizə apararaq, bütün alətlərdə öz proqramını icra edib. Çıxışlarının ümumi nəticəsinə əsasən Zöhrə 75.425 xal toplayıb və bununla da 32 idmançı arasında 2-ci yerdə qərarlaşıb.