Arvadına çoxsaylı bıçaq vurdu, öldüyünə əmin olmaq üçün boğazını kəsdi


Digərləri 12 İyl 2019 23:02:24 319 0

Arvadına çoxsaylı bıçaq vurdu, öldüyünə əmin olmaq üçün boğazını kəsdi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bakı. Samir Əli - Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Tufan Qurbanovun cinayət işi üzrə hazırlıq iclası keçirilib. Trend-in məlumatına görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, məhkəmənin baxış iclası iyulun 19-na təyin edilib. İttihama görə, bu ilin fevral ayında paytaxtın Binəqədi rayonunda 1970-ci il təvəllüdlü Tufan Baba oğlu Qurbanov qısqanclıq zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Lalə Həsən qızı Qurbanovanı çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. O, istintaqa verdiyi ifadəsində törətdiyi cinayəti etiraf edib. Bildirib ki, qətli qısqancliq zəminində törədib. Tufan Qurbanovun ifadəsinə görə, həyat yoldaşının başqa şəxslərlə münasibətinin olduğundan şübhələnib və əsəblərinə hakim ola bilməyərək onu öldürmək qərarına gəlib. O, evdə arvadına çoxsaylı bıçaq zərbələri endirib və onun öldüyünə əmin olmaq üçün boğazını kəsib.