Tələbənin qətlə yetirilməsi ilə bağlı


Kriminal 12 İyl 2019 22:47:00 280 0

Tələbənin qətlə yetirilməsi ilə bağlı

Qazaxda kollec tələbəsini qətlə yetirməkdə təqsirləndirilən Məhərrəm Qocayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, onun barəsində toplanan cinayət işinin material baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi araşdırılması üçün hakim Elmin Rüstəmovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 24-nə təyin edilib.

İttihama görə, Qazax rayonunun Çaylı kəndində 1999-cu il təvəllüdlü Rahil Cələddinli 17 yaşlı Məhərrəm Qocayev tərəfindən qətlə yetirilib.

Hadisə borc üstündə baş verib.

Qazax Dövlət Sosial İqtisad Kollecinin 3-cü kursunda təhsil alan Rahil Cələddinli Qazax rayon 2 saylı Çaylı kənd orta məktəbinin 11-ci sinif şagirdi Məhərrəm Qocayeva təqribən 25-30 manat pul borc verib.

Rahil Cələddinli hadisə günü pulunu geri tələb edib.