Flora Kərimovanın sevimli metodu Urinoterapiya nədir? Sidiklə müalicə necə aparılır


Digərləri 12 İyl 2019 22:32:00 263 0

Flora Kərimovanın sevimli metodu Urinoterapiya nədir?  Sidiklə müalicə necə aparılır

Urinoterapiya - çox qədim bir müalicə metodudur. Hələ qədim şumerlər, hind sivilizasiyası, qədim Misirdə sidik müxtəlif kahinlər və təbiblər tərəfindən istifadə edilirdi. 

Müasir tibb bunu qəbul etməsə də ötən əsrin 30-ci illərində keçmiş SSRİ ərazisində, Rusiya və digər dövlətlərdə bu haqda danışır, yazır, hətta kitablar çap olunub.

Akademik təbabət bu günə kimi sidiyin faydalı yoxsa zərərli olub olmaması barədə bir fikrə gələ bilmir. Elə həkim və alimlər var, bu metodu inkar etmir. Amma hazırda heç bir xəstəliyin müalicəsində sidik tibbi olaraq istifadə olunmur.

Daha çox Hindistanda yayılmış urinoterapiya indi də orda tanınmış simalar, siyasətçilər, alimlər tərəfindən öz sağlamlıqları üçün istifadə olunur.  Hindlilər hamilə qadının sidiyinin sonsuz və impotent kişini müalicə etdiyini bildirir. Çünki hamilə sidiyində spesifik cinsi hormonlar çox olur. 

1937-ci ildə Moskvada Dövlət elmi tədqiqat institutunun nəzdində uroqravidanoterapiya bölməsi açılır. Sonradan onu bağladılar.

Son.az medicina.az-a istinadən son günlər xalq artisti Flora Kərimovanın müalicə metodu kimi gündəmə gələn urinoterapiyanın tarixi, tətbiqi və faydaları barədə araşdırmanı təqdim edir:

Urina nədir?

İlk növbədə sidik, yəni urinanın tərkibinə baxaq. Urinada qanla böyrəklərə gələn maddələr olur. Çoxları deyir ki, ona bütün zəhərlər, metallar, orqanizmin qalıqları toplanır. Amma bir qrup deyir ki, urina filtrə olunmuş plazmadan ibarət olub, heç bir toksiki təhlükə daşımır. 

Çünki sidik metobolik dəyişimə məruz qalır, orqanizm onu özününküləşdirməlidir, yəni sidik orqanizmə yad məhlul deyil. Urina orqanizmin öz doğma maddələrindən təşkil olunduğu üçün təkrar olaraq orqanizmə daxil olduqda həll olmasına heç bir energetik sərfiyyat lazım olur. 

Urinoterapiyanın niyə faydalı olmasını tərəfdarları olanlar belə izah edir:

-Müasir insanın qidası mikrolementlərlə kasaddır, ona görə urina orqanizm üçün mineral qida ola bilər. Urinada daha çox zülal xaric olur.  -İnsan xəstə olanda onun sidiyi ilə hormonlar, fermentlər və digər lazımi maddələr də yuyub gedir. Belə xəstələrin normal sidik qəbulu həmin itkini doldura bilər.

Praktiki olaraq bu xəstəliklərdə çox effekt alınır:

-Yoğun bağırsağın təmizlənməsi. Məlumdur ki, bağırsaqlar insanın ən uzun, həcmli orqanlarından biridir və kanalizasiyadır.  O daim toksinləşir, xəstə insanda bədənə zəhər verir. Üstəlik parazit və qurdlar çox olur. Bağırsaqların belə deyək sidiklə dezinfeksiyası 20-dən çox xəstəlikdə effekt verir.  Bunun üçün 1 litr sidik istifadə olunur. bağırsaqlara imalə edilir. -Damar tıxanıqlarına qarşı -      Bədəndə olan yara, yanmış sahə, zədəli yerlərə yaşlı adamın sidiyindən kompress qoyulur.  -Bədəndəki duzları həll edir Bunun üçün oynaqlara kompress olunur. -      Bədəndən qurdları, mikrobları tökür.

Sidik necə buxarlandırılır.