İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır


Digərləri 12 İyl 2019 22:38:00 266 0

İnsanın ölüm günü doğum günü kimi təsadüfi seçilmir  Hər kəs öz xarakterinə uyğun son proqnozlaşdırır

Könüllü ölüm, ölümə getmək, ölümü hiss etmək, ölüm tarixi - bunlar nədir, mümkündürmü yoxsa təsadüfdür?

Son.az medicina.az-a istinadən Moskvanın məşhur psixoterapevti, tibb elmləri doktoru, yeni art terapiya metodlarının müəllifi Andrey Qnezdilovun həyatın bir hissəsi olan ölüm fraqmentləri barədə maraqlı fikirlərini təqdim edir.

-Ölümsüz, əbədi həyat axtarışında olan yazıçılar, alimlər, filosoflar dəhşətli bir axtarışda idilər. Onlar səhv yoldadırlar. Əbədi həyat - insan üçün əzabdır, məşəqqətdir. İnsan həyatı əbədi olsa Yer həyatının bitmək bilməyən imtahanları, dərsləri, tənbehləri də bitməz. Ölüm - insana mükafatdır, fasilədir, azadlıqdır. O, yalnız o halda normal deyil ki, qəfil baş verir, qəza ilə olur və insanı inkişafının zirvəsində, güclü, enerjili vaxtında yaxalayır.  Ahıl insanlar isə ölümü çox zaman istəyir, gözləyir. 

-Qədimdə slavyan kəndlisi artıq işləyə bilmədiyini, daxmasından çıxa bilmədiyini, doğmalarına yük olduğunu görəndə, hamam gedib yuyunar, təmiz ağ köynəyini geyinər, qohum qonşu ilə halallaşıb, vidalaşıb uzanıb sakitcə ölümünü gözləyər, səsləyər və ölərdi də. Onların ölümü indikilər kimi əzablı, əziyyətli deyildi. Çünki o insan ölümü ilə barışırdı. Onlar ölməyə özlərinə icazə verirdilər, könüllü. Çünki  mübarizə əbəs idi.

-İndi də belə faktlarla qarşılaşıram. Bizə bir onkoloji xəstə gəlmişdi, hərbçi idi. Zarafatla deyirdi ki, mən 3 müharibə keçmişəm, ölümlə oynamışam, indi onun mənimlə oynamaq növbəsi gəldi.  Bir səhər o yataqdan qalxa bilmədi. Dedi vəssalam, mənə dəyməyin, mənim gücüm qalmadı, ölürəm. Biz ürək-dirək verirdik ki, bu metastazdır, onurğa və sümüyə verib, bununla belə xəstələr bir neçə il yaşaya bilir. O dedi yox, yox. Mən bilirəm, bu ölümdür. Sonum gəldi.

3 gün ərzində o ölürdü. Halbuki biz həkimlər onda ölmək üçün heç bir fizioloji səbəb görmürdük. Yəni yaşamalıydı. Amma o öldü. Çünki bu iradi seçil idi, qərar idi və necəsə bu sifariş yerinə yetirilirdi.   

-Ölüm hələ insan döllənən zaman proqramlaşdırılır. İlk dəfə ölüm dadını insan ana bətnindən çıxanda, doğulanda bir növ hiss edir. Çünki doğum körpənin aylarla öyrəşdiyi bir həyat mənbəyindən ayrılıb, sanki ölməsi idi. Dərindən araşdıranda görürsən ki, asan doğulan insanın ölümü asan , ağır doğulan insanın ölümü ağır olur. 

- Ölüm günü, tarixi təsadüfi deyil. Ad günü kimi. Hələ heç bir müdrik ölüm anında nə baş verir anlamayıb və izahını verə bilməyib. Mən 10 il Onkoloji institutda psixoterapevt kimi işləyirdim. Bir dəfə gənc xəstə qadın üzərinə çağırıldım. Əməliyyat zamanı onun ürəyi dayanmışdı, uzun müddət işə sala bilmirdilər, o oyananda isə məni çağırdılar ki, psixikasını yoxlayım. Reanimasiyada mən soruşdum. Siz mənimlə danışa bilərsiz?  -    Əlbəttə, sizdən üzr istəmək istəyirəm, nə qədər əziyyət etdim. -    "Nə əziyyət" -Necə yəni. Mənim ürəyim dayandı, mən elə bir stress keçirdim ki. Həkimlər də əl-ayağa düşdü, qorxdular. -Axı siz narkozdaydız, bunu necə bildiz? -Doktor, mən sizə çox şey danışaram, amma söz verin ki, məni ruhi xəstə hesab etməyəcəksiz.

Mənim vədimdən sonra o danışdı ki, narkoz yuxusuna gedəndə, hiss edib ki, dabanlarından yumşaq bir zərbə onu daxildə vint kimi fırladıb. Onun ruhu, hissləri çölə çıxır və dumanlı bir  sahəyə düşür. Ətrafa baxanda o, həkimlərin onun bədəninə əyilib işlədiyini görür. Birdən səs gəlir, əməliyyatı kəsin, ürək dayandı. 

Qadın düşünür ki, ölür və bu vaxt anası, qızı ilə son kəs görüşmədiyi üçün dəhşətli stres keçirir. Bu vaxt onu kürəyindən nəsə itələyir və o, mənzilinə düşür. Otaqda qızı, anası, nənəsi var idi. Qapı döyülür, qonşuları gəlir. Bu vaxt uşaq toxunaraq fincanı yerə salıb qırır. Qızı ağlayarkən, nənəsi deyir ki, qab sınmağı xeyirə əlamətdir. Qadın yaxınlaşıb qızının başını sığallayır, ağlama deyir. Qız bir an anasının üzünə baxır, amma sanki onu görməyərək çevrilib gedir. Qadın anlayır ki, otaqdakılar onu görmür. Tez özünü iri güzgünün önünə atır və orda da özünü görmür. Birdə xatırlayır ki, axı o indi xəstəxanada, əməliyyatda olmalıdır. O, tez özünü qapıya atır və əməliyyatxanaya düşür. Bu an anestezioloqun "ürək işə düşdü, əməliyyata davam edə bilərsiz" sözünü eşidir.

Mən diqqətlə qulaq asıb dedim. "İstəyirsizmi, mən indi sizin ünvana gedib, ana, nənənizə hər şeyin yaxşı olduğunu deyim, həm də onları görüşə dəvət edim? Qadın razılaşdı. Mən ünvana getdim, qapını nənə açdı. Evdə qız, ana, nənə var idi. Mən xəstə, əməliyyat barədə danışıb, sual verdim. Bu gün saat 11-12 arası qonşu Lidiya sizə gəlmişdi? Qadın  dedi hə. Dedim o gələndə uşaq qaçanda masadan fincanı salıb sındırıb? Ana-nənə gözlərini döyürdü: həkim siz sehrbazsız? Mən detalları danışdıqca qadınlar şoka düşürdü.  Onlara dedim ki, bunları qızınız narkoz yuxusunda görüb. Kliniki ölüm və ya ürəyi dayanmışdı deyə qorxutmadım.  Bununla da o qadının düz danışdığını sübut etdim. 

-Biz həkimlər ölüm faktını o halda təsdiq edirik ki, tənəfüs, ürək, beyin dayanır, informasiyanı qəbul etmir. Beyin informasiyanı qəbul edə bilmir, onu ötürə də bilmir. Beyin antendir. Bəs kliniki ölüm zamanı beyin informasiyanı hardan alır? Deməli, bizim bilmədiyimiz beyindən də güclü nəsə var.Bəlkə də bu həmin ruhdur, bəlkə də psixikadır.

-İnsan necə bir ölüm istəyir? Biz bunu yaşlı, sağlam, xəstə- çox adamlardan soruşmuşuq. Məlum olub ki, müəyyən xarakterə malik insanlar öz xarakterlərinə uyğun ölüm modeli proqramlaşdırıblar.

Şizoid xarakterlilər - elə ölmək istəyiblər ki, onların cəsədini heç kim görməsin.  Epileptoid xarakterlilər - sakit uzanmaq yox, bu prosesdə aktivlik göstərmək, məsələn hərəkətlər, qaçmaq və ya danışmaq təsəvvür edirlər.  Çikloidlər - doğmaların əhatəsində, öz evində ölmək istəyir