BNA hava şəraiti ilə bağlı xəbərdarlıq edib


Digərləri 12 İyl 2019 22:07:33 193 0

BNA hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bakı Nəqliyyat Agentliyi Bakıda faktiki hava şəraiti ilə bağlı xəbərdarlıq edib

Bakı. Samir Əli - Bakı Nəqliyyat Agentliyi Bakıda faktiki hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Agentlikdən Trend-ə verilən məlumatda bildirilir ki, hazırda müşahidə olunan küləkli hava şəraiti ilə əlaqədar bütün hərəkət iştirakçılarına ehtiyyatlı olmağı tövsiyə edirik: "Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər.Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət edilməlidir. Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən surət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.