Kafeyə işə düzələn sevgilisini diridiri yandırdı


Kriminal 12 İyl 2019 21:35:00 225 0

Kafeyə işə düzələn sevgilisini diridiri yandırdı

Tovuzda sevgilisini öldürməyə cəhd etməkdə təqsirli bilinən 1978-ci il təvəllüdlü Əflatun Ələkbərovun cinayət işi üzrə məhkəmə baxış iclası keçiriləcək.

Son.az Ölkə.az-a istinadən xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Mahmudovun sədrliyi ilə keçiriləcək proses iyul ayının 23-nə təyin olunub.

İttihama görə, bu ilin yanvarın 15-də Tovuz rayonunda Əflatun Ələkbərov qeyri-rəsmi münasibətdə olduğu və yaşadığı 1991-ci il təvəllüdlü Nüşabə Bayramovanın üstünə benzin tökərək onu yandırıb.

Hadisə nəticəsində qadın ağır yaralanıb və xəstəxanaya yerləşdirilib. Qadına tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

İstintaqın gəldiyi nəticəyə görə, hadisə şəxsi mübahisə zəminində baş verib.

Belə ki, qadın kafelərin birində işə düzəlib. Əflatun Ələkbərov isə onun kafedə işləməsinə etiraz edib.