SON SAAT! Bakıda külək güclənib, Göygölə dolu yağıb


Digərləri 12 İyl 2019 21:21:04 196 0

SON SAAT! Bakıda külək güclənib, Göygölə dolu yağıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyi ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə bağlı məlumat yayıb.

Bakı. İlhamə İsabalayeva - Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkə ərazisində müşahidə edilən hava şəraiti ilə bağlı məlumat yayıb. ETSN-nin Milli Hidrometeorologiya Departamentindən Trend-ə verilən xəbərə görə, saat 21.00-a olan məlumata əsasən qərb küləyi Naftalanda 30-34m/s, Tərtərdə 25-30 m/s, Şəmkirdə 22 m/s, Bərdədə 25 m/s, Yevlaxda 17-20 m/s, Mingəçevirdə 17 m/s, Sumqayıtda 18 m/s, Bakıda 22 m/s-dək güclənib. 20:05 radələrində Göygöl və ətraf kəndlərə dolu düşüb.