Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır
Digərləri 12 İyl 2019 21:09:00 229 0
Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır.
Trend bu barədə "Qarabağ atçılıq zavodu" MMC-yə istinadən məlumat verir.
Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq.
Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.
O əlavə edib ki, Qarabağ atlarının sayının artması təbii xarakter daşıyır və illik 50 baş təşkil edir. Hazırda Qarabağ atları ixrac olunmur.
Mənbə: milli.az