Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır


Digərləri 12 İyl 2019 20:58:39 186 0

Qarabağ atlarının Avropaya ixracı planlaşdırılır

Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır

Bakı. Eldar Canaşvili - Qarabağ atçılıq kompleksi ildə 25-dək at ixrac etməyi planlaşdırır. Trend bu barədə “Qarabağ atçılıq zavodu” MMC-yə istinadən məlumat verir. Əsas idxalatçılar Almaniya, Fransa və Böyük Britaniya kimi Qərbi Avropa ölkələri olacaq. Müəssisənin direktoru Maarif Hüseynov bildirib ki, hazırda müəssisədə 245 baş Qarabağ atı var.