Əmircanda maşınla vurulan qadın xəstəxanada ölüb


Digərləri 12 İyl 2019 20:39:58 165 0

Əmircanda maşınla vurulan qadın xəstəxanada ölüb

Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 65-70 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb

Bakı. Samir Əli - Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış 65-70 yaşlı qadın yerləşdirildiyi xəstəxanada ölüb. Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 10-da saat 23 radələrində Suraxanı rayonunun Əmircan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 65-70 yaşlı qadın vurulub. Nəticədə xəstəxanaya yerləşdirilmiş həmin şəxs iyulun 11-də orada ölüb. Suraxanı RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.