Azərbaycanlı aktrisanın türkiyəli aktyorla səmimi görüntüləri yayıldı


Digərləri 12 İyl 2019 20:24:00 233 0

Azərbaycanlı aktrisanın türkiyəli aktyorla səmimi görüntüləri yayıldı

Türkiyədə yaşayan aktrisa Könül Nağıyeva ilə "Kara Sevda" serialından tanıdığımız aktyor Kaan Urqancıoğlunun instaqramda səmimi görüntüləri yayılıb.

Son.az Publika.az-a istinadən xəbər verir ki, "Gerçək ola bilməz" adlı filmdə tərəf müqabili olan cütlüyün səmimi görüntüləri diqqət çəkib. Aktrisa instaqram hesabında elan edib ki, ekran işinin çəkilişləri artq başa çatıb.

Məlumat üçün bildirək ki, "Diriliş Ərtoğrul" serialında döyüşçü qadın rolu ilə yadda qalan həmyerlimiz bu dəfə "Gerçək ola bilməz" filmində drammatik sevgi hekayəsində əsas rolu canlandıracaq. "Freemind Medya" istehsalı ilə lentə alınan filmin rejissoru Korhan Uğur və Könül Nağıyevadır. Dram janrında çəkilən ekran işinin təqdimat mərasimi bu ilin dekabr ayına planlaşdırılıb.

Qeyd edək ki, ekran işi sazda çalan Leyla adlı gənc qızın faciəli həyat hekayəsindən bəhs edir.


Xəbərə aid fotolar