Bakıda qadın küçədə qarət olundu


Digərləri 12 İyl 2019 20:14:00 189 0

Bakıda qadın küçədə qarət olundu

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bakı. Samir Əli - Bakıda soyğunçuluq hadisəsi baş verib. Trend-in məlumatına görə, paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində qeydə alınıb. M.Hadi küçəsi, ev 13a, mənzil 177-də yaşayan Muradova Ziyali Əfsəddin qızı polisə müraciət edərək bildirib ki, yaşadığı ünvanın qarşısında olarkən tanımadığı naməlum kişi ona qəfil hücum edib. Naməlum şəxs onun içərisində 90 manat, sənədləri və "Samsung" markalı mobil telefonu olan çantasını alaraq hadisə yerindən qaçıb.