“Dünya ölkələrinin 80 faizinə meyxananı təbliğ etmişəm”


Şou-biznes 12 İyl 2019 19:54:00 290 0

“Dünya ölkələrinin 80 faizinə meyxananı təbliğ etmişəm”

Meyxanaçı Namiq Qaraçuxurlu arxiv fotolarını sosial şəbəkədə paylaşıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi şəkillərin Özbəkistanda çəkildiyini vurğulayıb.

Namiq meyxana sənətini ölkədən kənarda da tanıtdığını qeyd edib:

"Köhnə şəkillər arasında sizin üçün yeni ola biləcək fotolar tapdım. Bölüşüb məlumat vermək istədim. Çünki bu arxivim olmaqla yanaşı, meyxana tarixidir. İllər öncə Özbəkistan respublikasının Taşkənd şəhərində keçirilimiş solo konsertim. Təəssüf ki, o vaxtlar sosial şəbəkələr yox idi. Özümün də arxiv toplamaq kimi həvəsim olmadığına çox heyifslənirəm. Demək olar ki, dünyanın 80 faiz ölkələrində sənətim meyxananı bu cür təbliğ etmişəm. Bu konsertlə yanaşı, oranın televiziya və radio kanallarında sənətim haqqında məlumatlar vermişəm. Kimdə görüntülər olsa, yardım edin, lütfən. Yeri gəlmişkən, orada məlumat verdilər ki, dahi Vaqif Mustafazadə məhz bu səhnədə dünyasını dəyişib (məlumat yanlış da ol bilər). Amma konsert boyu sanki onun ruhunu hiss edirdim".