Türkiyədə meşələr yanır


Dünya 12 İyl 2019 17:59:00 252 0

Türkiyədə meşələr yanır

Türkiyənin cənub-qərbindəki Muğla vilayətində meşə yanğınları başlayıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, yanğınla əlaqədar kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli Muğlanın Göçek rayonuna yola düşüb.

O bildirib ki, yanğının söndürülməsi ilə mübarizə aparılsa da, güclü külək işlərə maneə törədir.

Hadisə nəticəsində xəsarət alanların olmadığı deyilir.