İki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü


Digərləri 12 İyl 2019 17:27:00 193 0

İki “Mercedes” toqquşdu, sərnişinlərdən biri öldü

Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, iyulun 11-də saat 13 radələrində Neftçala rayonunun Kürqarabucaq kəndi ərazisində rayon sakinləri F.Səfərovun və R.Fərəcovun idarə etdikləri 2 "Mercedes" markalı avtomobil toqquşub. Nəticədə R.Fərəcovun sərnişinlərindən həmyerlisi Toğrul Fərəcov hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.

Neftçala RPŞ tərəfindən araşdırma aparılır.