Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib (FOTO)


Digərləri 12 İyl 2019 17:16:00 201 0

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Gəncədə vətəndaşları qəbul edib (FOTO)

Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncədə vətəndaş qəbulu keçirib.

Bakı. Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Gəncədə vətəndaş qəbulu keçirib. Nazirlikdən Trend-ə verilən məlumata görə, vətəndaşlarla görüş mərkəzi icra hakimiyyəti orqanlarının, digər qurumların rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda 2019-cu ilin iyul ayında vətəndaşları qəbulu cədvəlinə əsasən təşkil olunub. Qəbuldan öncə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib. Görüş zamanı Gəncə və Goranboy sakinlərinin nəqliyyat, telekommunikasiya, poçt xidmətləri və digər məsələlərlə bağlı müraciətlərinə baxılıb. Nazir vətəndaşların şikayət və təkliflərini diqqətlə dinləyərək müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun və operativ şəkildə araşdırılması ilə əlaqədar nazirliyin müvafiq qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verib.