Məşhur futbolçu karyerasını bitirdi


İdman 12 İyl 2019 15:49:00 237 0

Məşhur futbolçu karyerasını bitirdi

İngiltərə millisinin sabiq üzvü Piter Krauç karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bunu 38 yaşlı hücumçu sosial şəbəkə hesabında açıqlayıb.

"Bu yay çox götür-qoy etdikdən sonra karyeramı bitirmək qərarına gəldim. Gözəl futbol mənə çox şey bəxş etdi. Mənə kömək edən hər kəsə minnətdaram" - deyə o bildirib.

Qeyd edək ki, dünyanın ən ucaboy futbolçularından biri olan (2.01 metr) Piter Krauç karyerası ərzində TottenhamLiverpool kimi klublarda da çıxış edib.