“YARAT”da Taus Maxaçevanın “Şarivari” və Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" sərgiləri açıldı (FOTO)


Digərləri 12 İyl 2019 16:54:42 250 0

“YARAT”da Taus Maxaçevanın “Şarivari” və Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" sərgiləri açıldı (FOTO)

Fərdi sərgilərə jurnalistlər üçün press-tur təşkil edilib və sərgiləri təqdim olunub.

Bakı. İyulun 11-də “YARAT” Müasir İncəsənət Mərkəzində çoxprofilli rəssam Taus Maxaçevanın “Şarivari” və Koreya-kanadalı rəssam Zadi Çanın "Maqohalmi övladı və yaradılış sədası" adlı fərdi sərgisinə jurnalistlər üçün press-tur təşkil edilib və sərgiləri təqdim olunub. Trend-in məlumatına görə, hər iki sərgi haqqında geniş məlumat verilib. Bildirilib ki, geniş yaradıcılıq təcrübəsinə performans, film, qida məhsulların və obyektlərin daxil olduğu rəssam, bu dəfə interaktiv multimedia instalyasiyasını təqdim edir. İnstalyasiya ümumilikdə SSRİ sirkinin ənənələrinə, ələlxüsus Bakı Dövlət Sirkinin tarixinə həsr olunmuş, yenicə təqdim edilmiş əsərlər vasitəsilə Qafqazın müasirliyini araşdırır. Memar Mariya Serova, yazıçı Aleksandr Sneqiryov və geyim üzrə rəssam Panika Derevya ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanmış monumental, çoxlaylı instalyasiyaya mərkəzi heykəltəraşlıq elementi də daxildir. Bu element sərgi müddətində genişləndiriləcək və nizamsız, daim inkişaf edən “şarivari” sirk ruhunu vurğulayacaq. Aparıcı əyləncə növü olmasına baxmayaraq, Sovet sirki nisbətən senzurasız mühit təqdim edirdi. Burada cəsarətli və hünərli bəyanatlar vizual və fiziki dil vasitəsilə ifadə edilirdi. Faktlar və uydurma vasitəsilə, bu instalyasiya sovet dövründən postsovet paradiqmasına keçid dövrü, habelə post-postsovet dövrünün bir neçə gələcəyinə qədər, ənənələr, müasirlik və mədəni autentiklik (əsillik) arasında daim dəyişən münasibətləri aşkara çıxarır. “Şarivari” termini, spesifik sirk hərəkətinə – sinxron şəkildə təqdim edilən çoxjanrlı fərdi və qrup çıxışlarından ibarət kütləvi sirk tamaşasına istinad edir. Hər bir hərəkət və ritm get-gedə sürətlənir və tamaşanın texniki mürəkkəbliyi də artır; sanki, artistlər bir-birləri ilə rəqabət aparır, öz istedadları və məharətlərini, bacarıqlarını, cəsarətlərini və xarakterlərini nümayiş etdirirlər. Çıxışın sonunda, manej, havada süzən və salto vuran obrazlarla dolu olur. Taus Maxaçevanın Azərbaycan Milli Arxivinə, filmlər və fotoşəkillərə əsaslanan instalyasiyası, xaotik, xəyali sirk mühitini yaradır və bura qeyri-adi, qəribə məxluqlarla doludur: danışan at, sintetik ayılar, şirin cəhəngində gimnast, gimnastın içində isə qoyun, güclü qadın-mühasib, gümüşü plaşlı milçək bunlardan sadəcə bir neçəsidir. Tamaşaçıya sirk arenasında doğuş prosesinin şahidi olmaq, qeyri-adi insan-heyvan piramidasının neçə qurulmasını seyr etmək, VR (virtual reallıq) sirk dəbilqəsini sınamaq və bir çox digər fantastik təcrübələrdə iştirak etmək imkanı təklif olunur. Rəssam, məzhəkəli və çox vaxt da ziddiyyətli sosial-siyası fikirlər kimi səslənən, uzaq keçmişə və yaxın gələcəyə dair bu hekayələr müasir dövrün gerçək sirkini şərh edir. Sərginin kuratoru Suad Qarayeva-Malekidir. Sonra media təmsilçiləri Zadi Çanın fərdi sərgisi haqqında məlumatlandırılıb. Qeyd edilib ki, Böyük yeni multimedia layihəsini təqdim edən Zadi Ça atmosfer işıqlandırması, hərtərəfli səs sistemi, iriölçülü videoproyeksiyalar, heykəllər və kostyumlar vasitəsilə seyrçiləri cəlbedici dünyaya dəvət edərək sualtı dəniz mühiti yaradır. Bu əsər “Art Night”, London (22 iyun), “Tramway”, Qlazqo (26 oktyabr – 16 dekabr) və “De La Warr Pavilion”, Bekshill-on-Si (1 fevral – 4 may 2020-ci il) birgə əməkdaşlıq çərçivəsində keçirilir. Zadi Ça YARAT Mərkəzində, diaspor biliyini gerçəkliyə çevirərək, təsəvvürlərdə olan və öyrənilən Koreya folklorunu bir araya toplayır. Öz cəlbedici dünyası daxilində o, nəhəng ana tanrı Maqo (Maqohalmi) üzərində qurulmuş, Koreya əfsanələrindən ilhamlanan yaradılış hekayəsini təqdim edir. Kainatın yaradılışı zamanı məsuliyyətlərin kişi və qadın arasında bölgüsünə əsaslanan matrilineal sosial strukturlar vasitəsilə qədim əcdadlar haqqında geniş bilik və məlumatların ötürülməsini müəyyən edən, bu işdə zaman keçdikdə ilahələrin mərkəzi statusundan marginallığa doğru bir-birlərini əvəzləmələri müşahidə olunur.