Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib (ÖZƏL)


Digərləri 12 İyl 2019 16:37:00 228 0

Son 6 ayda dəmir yolundan 1,5 milyon sərnişin istifadə edib (ÖZƏL)

Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) cari ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayı açıqlanıb.

Bakı. Ceyhun Ələkbərov - Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu ilin son altı ayı ərzində dəmir yolundan istifadə edən sərnişinlərin sayını açıqlayıb. QSC-dən Trend-ə özəl olaraq verilən məlumata görə, 2019-cu ilin 6 ayı ərzində dəmir yolu ilə 1 milyon 579 min sərnişin daşınıb. Onlardan 473 mini yerli istiqamətlərdə, 90 mini xarici, 1 milyon 16 mini isə şəhərətrafı elektrik qatarları ilə daşınıb. 2018-ci ilin 6 ayı ilə müqayisədə sərnişindaşımada yerli istiqamətdə 11,5 faiz, beynəlxalq istiqamətlərdə 9,2 faiz, şəhərətrafı elektrik qatarları ilə 29,8 faiz artım müşahidə olunub.