İngilis dili və biologiya müəllimi olmaq istəyənlər imtahan verir


Digərləri 12 İyl 2019 15:56:00 208 0

İngilis dili və biologiya müəllimi olmaq istəyənlər imtahan verir

İyulun 12-də ingilis dili və biologiya fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir.

Bakı. İlhamə İsabalayeva - İyulun 12-də ingilis dili və biologiya fənni üzrə müəllim olmaq istəyən namizədlər imtahan verir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, imtahanda 3280 namizədin iştirakı gözlənilir. Qeyd edək ki, iyulun 11-də ingilis dili fənni üzrə keçirilən müəllimlərin işə qəbulu üzrə imtahanda namizədlərdən Aydan Sadıqova 56 bal toplayaraq yüksək nəticə göstərib. Aydan Sadıqova Azərbaycan Dillər Universitetinin məzunudur.