Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır


Siyasət 12 İyl 2019 15:20:00 59 0

Azərbaycan multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə keçirilmiş "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları Azərbaycan Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.

Son.az Trend-ə istinadən xəbər verir ki, müraciəti simpoziumun bu gün keçirilən bağlanış mərasimində Aİİ rektoru Ceyhun Məmmədov oxuyub.

Müraciətdə deyilir ki, İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynayıb:

"Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır. Ulu öndər Heydər Əliyev "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır" söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 9-11 dekabr 1998-ci il tarixdə Bakıda "İslam Sivilizasiyası Qafqazda" Beynəlxalq Simpoziumu keçirilmişdir.

11-12 iyul 2019-cu il tarixdə Bakıda keçirilən "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpozium da məhz Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinə xidmət edir. Bu Simpoziumun keçirilməsi Azərbaycan Dövlətinin və şəxsən Sizin İslam mədəniyyətinə verdiyiniz qiymətin əyani təzahürüdür".

Müraciətdə qeyd olunur ki, müasir dövrdə Prezident İlham Əliyevin rəhbərliyi ilə sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan, artıq multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır:

"2016-cı ili "Multikulturalizm İli" elan etməyiniz Sizin bu ali dəyərlərə yüksək münasibətinizin bariz nümunəsidir. Həqiqətən də qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz "getto"larından çıxması bir zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan Dövlətinin sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə səsləşir".

Müraciətdə bildirilir ki, 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında 10 yanvar 2017-ci il tarixli Sərəncamınız İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyinizi göstərir. Bu Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır, eyni zamanda, 2016-cı ilin "Multikulturalizm İli" elan olunması barədə 11 yanvar 2016-cı il tarixli Sərəncamınızın məntiqi davamıdır. Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Müraciətdə nəzərə çatdırılır ki, dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, torpaqlarının 20 faizi işğal edilib, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınıb. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilmiş, məscid və türbələr dağıdılıb:

"Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqlı səsinə səs verəcəyinə ümidvarlığımızı bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir. Möhtərəm cənab Prezident! Biz "İslam Sivilizasiyası Qafqazda" II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq".

"Atletiko" Kostaya 70 milyon avro qiymət qoydu like
  • 12 İyl 15:18  
Digərləri "Atletiko" Kostaya 70 milyon avro qiymət qoydu

"Atletiko" yollarını ayırmağa hazırlaşdığı Dieqo Kostanın qiymətini a

arrow Ətraflı
Sükan arxasında telefonla oynayan sürücü dəhşətli qəza törətdi like
  • 12 İyl 15:15  
Digərləri Sükan arxasında telefonla oynayan sürücü dəhşətli qəza törətdi

Bakıda ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

arrow Ətraflı
Güzəştli mənzillərin öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi başa çatdırılıb like
  • 12 İyl 15:13  
Digərləri Güzəştli mənzillərin öz vəsaiti hesabına ödəniş üsulu ilə seçimi başa çatdırılıb

253 mənzilin yalnız öz vəsaiti hesabına ödəniş üsulu ilə satışı pro

arrow Ətraflı
Azərbaycanla Monteneqro arasında yeni saziş təsdiq olundu like
  • 12 İyl 15:11  
Siyasət Azərbaycanla Monteneqro arasında yeni saziş təsdiq olundu

Azərbaycanla Monteneqro arasında yeni saziş Milli Məclisin bu gün keçiril

arrow Ətraflı
Ukraynanın Xalq artisti intihar etdi  VİDEO like
  • 12 İyl 15:02  
Dünya Ukraynanın Xalq artisti intihar etdi VİDEO

Ukraynanın Kiyev şəhərində yaşlı kişi intihar edib.

arrow Ətraflı
“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir (FOTO) like
  • 12 İyl 14:59  
Digərləri “İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu panellərlə davam edir (FOTO)

“İslam Sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu çərçivəsind

arrow Ətraflı
FİFA-dan irqçiliklə bağlı sərt cəza like
  • 12 İyl 14:57  
İdman FİFA-dan irqçiliklə bağlı sərt cəza

FİFA irçiliklə bağlı cəzanı sərtləşdirib.

arrow Ətraflı
Sorğu: Aİ Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunur like
  • 12 İyl 14:57  
Siyasət Sorğu: Aİ Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab olunur

Avropa İttifaqı (Aİ) Azərbaycanda ən etibarlı beynəxalq təşkilat hesab

arrow Ətraflı
Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dəyişiklik edilir like
  • 12 İyl 14:53  
Digərləri Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dəyişiklik edilir

Azərbaycan Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dair təl

arrow Ətraflı
Sənaye bitkilərinin istehsalı və emalı kooperativi yaradıldı like
  • 12 İyl 14:53  
Digərləri Sənaye bitkilərinin istehsalı və emalı kooperativi yaradıldı

İmişli rayonunda Sənaye bitkilərinin istehsalı və emalı kooperativinin t

arrow Ətraflı
Hacıqabulda “Mercedes” yanıb like
  • 12 İyl 14:51  
Digərləri Hacıqabulda “Mercedes” yanıb

Hacıqabulda “Mercedes” yanıb

arrow Ətraflı
Rusiyada avtobus çayda düşdü: like
  • 12 İyl 14:48  
Dünya Rusiyada avtobus çayda düşdü:

Rusiyanın Tuva Respublikasında "UAZ" markalı avtomobil Şuy çayın

arrow Ətraflı
Direktor vəzifəsinə işə qəbul qaydalarına dəyişiklik edilib like
  • 12 İyl 14:44  
Digərləri Direktor vəzifəsinə işə qəbul qaydalarına dəyişiklik edilib

İyulun 13-dən dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsin

arrow Ətraflı
Yeni 10 manalıq əskinaslardan "QORXANLAR"  VİDEO  FOTO like
  • 12 İyl 14:39  
Digərləri Yeni 10 manalıq əskinaslardan "QORXANLAR" VİDEO FOTO

3 aydır aramızda olan, amma çoxumuzun məlumatsız olduğu, görmədiyi, gör

arrow Ətraflı