Sükan arxasında telefonla oynayan sürücü dəhşətli qəza törətdi


Digərləri 12 İyl 2019 15:15:00 233 0

Sükan arxasında telefonla oynayan sürücü dəhşətli qəza törətdi

Bakıda ağır yol-nəqliyyat hadisəsi kameraya düşüb.

Son.az avtosfer.az-a istinadən xəbər verir ki, hadisə "Koroğlu" metro stansiyanın yaxınlığında, aeroport yolunda baş verib. Sükan arxasında telefona başı qarışan avtomobilin sürücüsü yüksək sürətlə "VAZ 2107" markalı avtomobili arxadan vurur.

Bu zaman idarəetməni itirərək sağ zolaqla hərəkətdə olan avtobusa çırpılaraq onu yolda çıxardır. Hadisə nəticəsində ciddi xəsarət alanlar olur. Bir anlıq telefonla məşğul olma nəticəsində onlarla adam ziyan çəkir. Videonu təqdim edirik: