Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dəyişiklik edilir


Digərləri 12 İyl 2019 14:53:00 246 0

Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dəyişiklik edilir

Azərbaycan Dövlət bayrağının istifadəsi ilə bağlı qaydalara dair tələblər yeni qaydada verilir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" və "Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunlara dəqiqləşdirmə xarakterli dəyişikliklər edilir.

Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakrəyə çıxarılan "Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında" qanunun 1-ci (Azərbaycan Respublikasının Dövlət bayrağının təsviri təsdiq edilsin) və 2-ci (Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında Əsasnamə təsdiq edilsin) hissələri ləğv edilib.

"Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında" qanunun 9-cu (Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsinə dair tələblər) maddəsinə dəyişiklik edilir.

Dəyişikliyə əsasən, Azərbaycan Respublikasının Dövlət bayrağı və onun təsviri, onların ölçülərindən asılı olmayaraq, Azərbaycan Respublikasının Konstitusiyasında və "Azərbaycan Respublikası Dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında" Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır.