"Rəis məşğuldu, mən də məşğulam"


Digərləri 12 İyl 2019 14:35:00 60 0

"Rəis məşğuldu, mən də məşğulam"

Son.az Olaylar.az-a istinadən Yunus Oğuzun felyetonunu təqdim edir.

Deyirəm Tanrının yaratdığı bütün külli-aləm nə iləsə məşğuldur, hətta ağaclar da, bitkilər də. Böyüyürlər, çoxalırlar, bar verirlər. Vaxtı- vədəsi gələndə ölürlər, sonra yenidən dirilirlər. Lap insanlar kimi. İnsanlar da elədir. Dünya düzəni budur. Hamı bir- birinin başını qarışdırır. Almanlarla fransızların başını lap qarışdırıblar. Afrikanın, ərəb ölkələrinin qarabalalarını töküblər Avropaya ki, di get başını qarışdır , bir an boş dayanma. Zatən bu düzəni  həzm edə bilməyən almanların anası  Angela Merkel xala titrəməyə düşüb. Düz bir aydı bu titrəmə dayanmır. Neyləsin axı, titrəyər də. Almanları Hitler qağadan sonra güc-bəla ilə dünya liderliyinə çıxardan Merkel xala qarabalaların buna mız qoymasına, qaydaları pozmasına dözə bilmir, titrəyir. Böyük Britaniyada bibiqızı Mey Terezanın "Brexit"ə görə titrəməsi heç dayanmır. London və Nyu-York birjaları silkələnir. Titrəmə də məşğulluğun bir növüdür, özü də etiraz və  çöküş növü.

O de... dünya da titrəyir, Tramp əmi İran hakimiyyətini necə silkələyibsə, bütün cümlə məmləkət titrəyir.Titrəmə  insanlardan mala- mülkə keçib; böhran, ucuzlaşma, bahalaşma - hamı əsim-əsim əsir. Bah atonnan, bu boyda şişirdilmiş İran indi titrəməni sağaltmaqla məşğuldur. Gah qorxur, gah hədə-qorxu gəlib söyür, gah da arada lap şellənsə də xeyri olmur. Rusiya da İrana nə qədər iynə vurur ki, titrəməsi dayansın, əksinə olur. Titrəmə Rusiyanın özünə keçməyə başlayıb. İcazəsiz bərk gedənin başını belə qarışdırarlar e...Di get, məşğul ol.

Deyirəm hamı - Güney Amerika, Çin, Afrika, bütün qonşularmız titrəmə içində qalıblar, bir bizdən başqa.

Qonşularımız demişkən, Bolton əmi Ermənistanı, Putin bacıoğlu Gürcüstanı elə titrəməyə salıb ki, hətta temperaturları birə beş qalxıb. Hələ Ukraynanı demirəm. Səhnədə əsən, əsdirən, titrədən Zelenski bibioğlunu bu ölkəyə başbilən gətirdilər ki, məmləkətin titrəməsini daha da artırsın .Di gedin...

Nə illahdırsa biz ( şükürlər olsun! ) bu titrəmələrdən uzağıq. Düzdür bir neçə əqdəm bundan əvvəl bir vələdizna bank müdiri titrəmə yaratmaq istəyirdi. Onu da ya Amerika, ya da Rusiya öyrətmişdi. Nöşün ki , hamı titrəyirsə, "bəs bundan bizdə niyə yoxdur" fikrini əsas götürüblər. Gözünə döndüyüm hüquq mühafizə və vergi orqanları bu vələdiznanın qabağını elə kəsdilər ki, özü titrəməyə başladı. Basdılar qoduğluğa, di get...

Bizdə ona görə titrəmə baş vermir ki, ta bineyi qədimdən başımızı işə qatmışıq, MƏŞĞULLUQ işinə. Məşğulluq başımızı elə qatıb ki, arada canımıza titrəmə gələndə də fikir vermirik . Titrəməyə başımızın qarışdırılması yolverilməzdir. Zatən ona heç vaxtımız da olmur. Bizdə hamı nə iləsə məşğuldur.

Bir halda ki, hamı məşğuldur, o zaman bu məşğulluq idarəsi nəyə lazim? Gəlib yanınıza göz yaşı töksələr, desələr ki, işsizik, inanmayın.

Onların göz yaşları, məşğulluğun bir növüdür. Biz elə istedadlı xalqıq ki, hər şeylə və hər zadla məşğuluq. Bircə an belə boş qalmarıq. Boş və bekar qalsaq  titrəməyə düşə bilərik.

Göz yaşı tökülürsə, gülürlərsə, dərd çəkirlərsə, söhbət edirlərsə, can verirlərsə, doğulurlarsa, düşünürlərsə, dava edirlərsə, nə bilim daha nələr...nələr edirlərsə, deməli məşğuldurlar, deməli titrəməyəcəklər. Titrəsələr dava-dərmandan boluq, başlarının üstünü elə kəsərik ki, yenə məşğul olmağa başlayarlar.

Sizə zarafatdı, şakadı, nədi ondan gəlməsin. Nəfəs almaq da məşğulluğun bir növüdür. Elə deyilsə, bəs niyə onda bu xalq hava almaq üçün meşəyə, dəniz qırağına, parklara səpələnir, ətək-ətək pul xərcləyir. O gün Göy-Gölə, bir hotelə zəng edib soruşuram ki, qardaş, bir gecə o zümrüd gölün qırağında qalsam, mənə neçəyə başa gələr? Deyir ki, 350 manata, hə... elə bilirsən hava almaq havayıdır? Di get, başını qarışdırıb 700 manat tap ki, iki gecə yemək- içməksiz orada qalıb hava alasan! Məni də belə məşğul etmək istədilər.

Yaxud, televiziya kanallarının birində şoumenlər arasında sorğu keçirirlər ki, Nəsiminin neçənci yubiley ilidir. Boyunuza qamış ölçüm! On beş nəfərdən bir  Cavanşir düzgün cavab verdi. Cavanşir dayınəvəsi də bekarçılıqdan düzgün cavab verdi. Qalanları dedi ki, əşi, bizi belə ağır söhbətlərə qatmayın, iş adamıyıq, məşğuluq. Deyirəm, indi o birilər bu dayınəvəsini gözümçıxdıya salacaqlar ki, əşi, get bir işin qulpundan yapış da, yoxsa oturub ağıllı-ağıllı cavablar verirsən, özünü də, bizi də biabır edirsən. Sənin cavabından sosial şəbəkələr titrəməyə başlayıb. Ən yaxşı cavab isə Manaf Ağayevin oldu.  Kişi kimi dedi ki, bu ağır , ziyalı söhbətidi, məni bu işə qatmayın, halal olsun! Deyirəm belə suallara ən yaxşı cavabı Elariz verərdi, çünki intellektdi. Özüm şahidəm. Amma perikdirib quş kimi uçurtdunuz Amerikaya. İndi bu işlə orada məşğuldur.

Barcelona yapon futbolçunu transfer etdi - RƏSMİ like
  • 12 İyl 14:32  
İdman Barcelona yapon futbolçunu transfer etdi - RƏSMİ

Yaponiya millisinin futbolçusu Xiroki Abe karyerasını Barcelona

arrow Ətraflı
Aİ Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir like
  • 12 İyl 14:30  
Siyasət Aİ Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir

Avropa İttifaqı (Aİ) Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər

arrow Ətraflı
Masallıda daha bir ağır qəza: like
  • 12 İyl 14:25  
Digərləri Masallıda daha bir ağır qəza:

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

arrow Ətraflı
Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb like
  • 12 İyl 14:24  
Digərləri Gürcüstandan gələn avtomobildə qanunsuz yolla keçirilən siqaretlər aşkarlanıb

Gürcüstandan gələn, Azərbaycan Respublikası vətəndaşının idarə etdiy

arrow Ətraflı
Ötən günün yol qəzalarında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb like
  • 12 İyl 14:24  
Digərləri Ötən günün yol qəzalarında 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb

Respublikanın daxili işlər orqanları tərəfindən, ötən gün ərzində t

arrow Ətraflı
Atletico 21 yaşlı belçikalını transfer etdi like
  • 12 İyl 14:18  
İdman Atletico 21 yaşlı belçikalını transfer etdi

Atletico daha bir futbolçunun transferini açıqla

arrow Ətraflı
Milli Məclis bu şəxslərə verilən pul təmnatının artırılmasını təsdiq etdi like
  • 12 İyl 14:16  
Digərləri Milli Məclis bu şəxslərə verilən pul təmnatının artırılmasını təsdiq etdi

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi

arrow Ətraflı
PAŞA Bank Qubada yeni filial açır like
  • 12 İyl 14:14  
Digərləri PAŞA Bank Qubada yeni filial açır

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Quba şəhərində yeni

arrow Ətraflı
Yasamalda 2 ha sahədə yanğın olub like
  • 12 İyl 14:07  
Digərləri Yasamalda 2 ha sahədə yanğın olub

Bakı şəhərinin Yasamal rayonu ərazisində 2 ha sahədə quru ot yanıb.

arrow Ətraflı
Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb like
  • 12 İyl 14:03  
Digərləri Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azə

arrow Ətraflı
Tanınmış cütlüyün 3 ay əvvəl boşandığı məlum oldu like
  • 12 İyl 14:03  
Digərləri Tanınmış cütlüyün 3 ay əvvəl boşandığı məlum oldu

Türkiyənin məşhur aktrisa və yazıçısı İclal Aydın "O həyat mən

arrow Ətraflı