Aİ Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir


Siyasət 12 İyl 2019 14:30:00 251 0

Aİ Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir

Avropa İttifaqı (Aİ) Azərbaycandan aviasiya sazişi ilə bağlı təkliflər gözləyir.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəsi Kestutis Yankauskas mətbuat konfransında deyib:

O bildirib ki, yeni aviasiya sazişi ilə bağlı danışıqlarda böyük irəliləyiş müşahidə olunub: "Biz bu sazişlə bağlı Azərbaycandan təkliflər gözləyirik. Bu saziş Azərbaycana böyük fayda gətirəcək".

Qeyd edək ki, ümumi aviasiya məkanının yaradılması aviasiya bazarlarının açılması və inteqrasiyasına yönəlib. Bu, istehlakçı və operatorlar üçün yeni imkanlar açacaq və uçuşların təhlükəsizliyi və hava əlaqəsinin idarə olunması baxımından yüksək standartlar gətirəcək.