Dövlət orqanlarının vebsaytlarının əlilliyi olan şəxslərə əlçatanlığı üçün tələblər müəyyənləşib


Digərləri 12 İyl 2019 14:19:00 49 0

Dövlət orqanlarının vebsaytlarının əlilliyi olan şəxslərə əlçatanlığı üçün tələblər müəyyənləşib

Dövlət orqanlarının vebsaytlarının əlilliyi olan şəxslərə əlçatanlığı üçün tələblər müəyyənləşib

Bakı. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən “Dövlət orqanlarının internet informasiya ehtiyatlarının yaradılmasına və idarə edilməsinə dair Tələblər"in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 4 sentyabr tarixli 189 nömrəli qərarına dəyişiklik edilməsi barədə” layihə hazırlanıb. Nazirlikdən Trend-ə verilən məlumata görə, layihə əlilliyi olan şəxslərin internet informasiya xidmətlərindən rahat istifadəsi və səmərəli şəkildə faydalanması üçün bərabər şərtlərin, imkanların yaradılması, rəsmi internet informasiya ehtiyatlarının bu kateqoriyadan olan şəxslər üçün müyəssərliyinin təmin olunması məqsədinə xidmət edir. Bu məqsədlə Layihədə bir sıra tələblər yer alır. Tələblərdə bildirilir ki, əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi məqsədilə internet informasiya ehtiyatının beynəlxalq standarta uyğun təmin edilməlidir. İnternet informasiya ehtiyatında mətn olmayan kontent üçün mətn alternativləri, audio və video kontentlər üçün transkript, altyazılar, böyük şriftlərdən istifadə, şrift seçimi imkanları, rənglərin idarə olunması, simvollararası məsafə təmin edilməlidir. Zamanın tənzimlənməsi funksiyası yaradılmalı, kontenti oxumaq və istifadə etmək üçün istifadəçilərə kifayət qədər vaxt verilməlidir. Proseslərin klaviaturadan idarə olunmasının mümkünlüyü, animasiyalı şəkillərin deaktiv edilməsi funksiyasının icra olunması, kontentin aydın və ardıcıl olması təmin edilməli, internet informasiya ehtiyatında maksimum oxunaqlı və başa düşülən dildən istifadə olunmalıdır. Kontentin cari və sonradan yaradılan müxtəlif istifadəçi brauzerləri, yardımçı texnologiyalar ilə maksimal uyğunluğu da təmin edilməlidir. Əlilliyi olan şəxslərin dövlət orqanlarının informasiya ehtiyatlarından səmərəli şəkildə faydalanması və istifadəsi üçün lazımi imkanların yaradılması onların dövlət orqanları ilə qarşılıqlı əlaqəsinə, sosial inteqrasiyasına mühüm dəstək olacaq. Bu, eyni zamanda, BMT-nin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyasında əlilliyi olan şəxslərin əsas hüquqlarının, o cümlədən informasiya əldə etmək hüququnun təmin edilməsi ilə bağlı prinsipə, həmçinin “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunundakı müvafiq maddəyə uyğunluq təşkil edir.
Atletico 21 yaşlı belçikalını transfer etdi like
  • 12 İyl 14:18  
İdman Atletico 21 yaşlı belçikalını transfer etdi

Atletico daha bir futbolçunun transferini açıqla

arrow Ətraflı
Milli Məclis bu şəxslərə verilən pul təmnatının artırılmasını təsdiq etdi like
  • 12 İyl 14:16  
Digərləri Milli Məclis bu şəxslərə verilən pul təmnatının artırılmasını təsdiq etdi

Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi

arrow Ətraflı
PAŞA Bank Qubada yeni filial açır like
  • 12 İyl 14:14  
Digərləri PAŞA Bank Qubada yeni filial açır

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bankın Quba şəhərində yeni

arrow Ətraflı
Yasamalda 2 ha sahədə yanğın olub like
  • 12 İyl 14:07  
Digərləri Yasamalda 2 ha sahədə yanğın olub

Bakı şəhərinin Yasamal rayonu ərazisində 2 ha sahədə quru ot yanıb.

arrow Ətraflı
Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb like
  • 12 İyl 14:03  
Digərləri Türkiyədə yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azə

arrow Ətraflı
Tanınmış cütlüyün 3 ay əvvəl boşandığı məlum oldu like
  • 12 İyl 14:03  
Digərləri Tanınmış cütlüyün 3 ay əvvəl boşandığı məlum oldu

Türkiyənin məşhur aktrisa və yazıçısı İclal Aydın "O həyat mən

arrow Ətraflı
Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi  FOTO like
  • 12 İyl 13:58  
Digərləri Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi FOTO

30 yaşlı terapevt Mixail Varşavskiy 2016-cı ildə People dərgisinin nətic

arrow Ətraflı
Vaxtın getməsin boşa, yüklə, növbəsiz yaşa! like
  • 12 İyl 13:56  
Digərləri Vaxtın getməsin boşa, yüklə, növbəsiz yaşa!

"AzəriKard"la hava limanında avtodayanacaq haqqı avtomatik ödəniləcək.

arrow Ətraflı
Astarada narkotik vasitələr və psixotrop maddələr aşkarlandı like
  • 12 İyl 13:51  
Digərləri Astarada narkotik vasitələr və psixotrop maddələr aşkarlandı

Dövlət Gömrük Komitəsi Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat

arrow Ətraflı
Müşfiq Abbasovun evi əlindən alındı like
  • 12 İyl 13:49  
Şou-biznes Müşfiq Abbasovun evi əlindən alındı

"Bu şəhərdə" nin senaristi Müşfiq Abbasovun mənzili əlindən a

arrow Ətraflı
Aİ Azərbaycanın ən iri investorudur like
  • 12 İyl 13:46  
Digərləri Aİ Azərbaycanın ən iri investorudur

Avropa İttifaqı (Aİ) Azərbaycanın neft və qeyri-neft sektorlarında ən ir

arrow Ətraflı
Beren Saat geyiminə görə biabır oldu like
  • 12 İyl 13:45  
Digərləri Beren Saat geyiminə görə biabır oldu

Türkiyənin məşhur və sevilən aktrisası Beren Saat paparassilərə hazırl

arrow Ətraflı
Bakıda konfetin içərisindən iynə çıxdı  FOTO like
  • 12 İyl 13:40  
Digərləri Bakıda konfetin içərisindən iynə çıxdı FOTO

Bakıda "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfet

arrow Ətraflı