Tanınmış cütlüyün 3 ay əvvəl boşandığı məlum oldu


Digərləri 12 İyl 2019 14:03:00 222 0

Tanınmış cütlüyün 3 ay əvvəl boşandığı məlum oldu

Türkiyənin məşhur aktrisa və yazıçısı İclal Aydın "O həyat mənim" serialında tanış olub ərə getdiyi rejissor Efe Kubilaydan boşanıb.

Son.az qafqazinfo-ya istinadən xəbər verir ki, 4 ildir ailəli olan cütlüyün 3 ay öncə boşandığı məlum olub.

Onların qarşılıqlı razılıq əsasında ayrıldıqları, bir-birindən maddi və mənəvi heç bir təzminat tələb etmədikləri bildirilir.

İclalla Efenin yaxın dostları onların hələ də dost olaraq görüşdüklərini deyiblər.