Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi FOTO


Digərləri 12 İyl 2019 13:58:00 284 0

Ən yaraşıqlı həkim təyyarədə sərnişini ölümdən xilas etdi  FOTO

30 yaşlı terapevt Mixail Varşavskiy 2016-cı ildə People dərgisinin nəticələrinə görə "Dünyanın ən yaraşıqlı həkimi" elan edilib. Gənc həkim ABŞ-da yaşayır. Yaraşıqlı doktorun İnstagram səhifəsi çox məşhurdur.

Son.az medicina.az-a istinadən bildirir ki, ötən həftə o, Nyu-Yorkdan Təl-Əvivə uçarkən, təyyarədə bir gənci ölümdən xilas edir. 26 yaşlı Mettdə anafilaktik şok baş verir və o boğulurdu. 

Həkim özünü yetirərək, ilk yardım edir və tənəffüsü normallaşdırır. Bütün uçuş boyu da yanında oturub, nəzarət edir. Bir neçə gün sonra özünə gələn gənc həkimlə görüşərək, təşəkkürünü bildirir.


Xəbərə aid foto