Bakıda konfetin içərisindən iynə çıxdı FOTO


Digərləri 12 İyl 2019 13:40:00 187 0

Bakıda konfetin içərisindən iynə çıxdı  FOTO

Bakıda "Elvan" şirkətinin istehsalı olan "Toffix" konfetinin içindən iynəyə bənzər dəmir parçası çıxıb.

Son.az primetime.az-a istinadən xəbər verir ki, bununla bağlı Kamran Əli adlı Bakı sakini sosial şəbəkədə paylaşım edib.

Şikayətçi bildirir ki, iynədən incə dəmir parçasını son anda boğazından çıxarıb.

Şirkətdən verilən məlumata görə isə, "Toffix" konfetlərindən dəmir çıxması təəccüblüdür:

"Bazarda həmin məhsulun saxtası və bənzəri çoxdur. Biz məhsullarımızın keyfiyyətinə bələdik".