Barcelona yeni transferini açıqladı


İdman 12 İyl 2019 12:50:00 236 0

Barcelona yeni transferini açıqladı

Barselona West Bromwich-in yetirməsi olan Luye Barri heyətinə qatıb.

Goal.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 16 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalayıb. Onun üçün İngiltərə klubuna yetişdirmə haqqı ödənilib.

Barri 2019/20 mövsümündə Barcelona-nın U-19 komandasında oynayacaq.

Qeyd edək ki, Avropanın ən istedadlı futbolçularından biri hesab olunan Barri İngiltərənin U-16 komandasında oynadığı 9 matçda 6 qol vurub.